21 sentyabr 2018 16:52
1868

Tovuzda 43 yaşlı kişi bıçaqlanıb

Tovuz rayonunda 43 yaşlı kişi bıçaqlanıb.

"Report"un Qərb bürosunun məlumatına görə, Yevlax sakini, 1975-ci il təvəllüdlü Qurban Qənayət oğlu Rzayev bud nahiyəsindən bıçaqlanıb.

Özünün dediyinə görə, birlikdə kirayə evdə qaldığı şəxs tərəfindən bıçaqlanıb.

Faktla bağlı araşdırma aparılır.