21 sentyabr 2018 17:35
2094

Məşhur aktrisa aroneksiya oldu

Həddindən artıq arıqlayan aktrisa Berrak Tüzünataç pərəstişkarlarını qorxuya salıb.

Publika.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, artıq sümükləri görünən aktrisanın anoreksiya olduğu iddia edilib. Tüzünataç xəstə olması iddialarına belə cavab verib: “Çox fikir verirsiniz, boş verin”.

Kino ulduzu etiraf edib ki, bədən quruluşunu qorumaq üçün çox səy sərf edir. O, həftədə 5 gün pilateslə məşğul olur, həmçinin rəqs edir:

“Özünə baxmağa başlayanda sözsüz ki, düzgün qidalanmağa başlayırsan. Zərərli məhsullar yeyəndə narahat olursan. Məcbur qalmadıqca işlənmiş ərzaqları yemirəm. Yavaş-yavaş veqan qidalanmaya doğru gedirəm, daha çox bədənimə yaxşı təsir edən məhsulları yeməyə çalışıram. Həmçinin qələvili qidalanmaya önəm verirəm, bəzi yeməkləri özüm bişirirəm. Keçmişdə çox duz istehlak edərdim və gözlərimin altı şişərdi. Artıq heç duz istehlak etmirəm. Şəkərli qidalar da yemirəm”.