21 sentyabr 2018 19:41
2065

Məktəbli Binəli Yıldırımı görüb ağladı

Xəbər verdiyimiz kimi, Türkiyənin Böyük Millət Məclisinin sədri Binəli Yıldırım Azərbaycan parlamentinin 100 illiyi münasibətilə keçiriləcək təntənəli iclasda iştirak etmək üçün ötən gecə Azərbaycana rəsmi səfərə gəlib. 

“Qafqazinfo” Türkiyə KİV-nə istinadən xəbər verir ki, parlament sədrini hava limanında görən məktəbli ilə Binəli Yıldırım arasında maraqlı anlar yaşanıb. Belə ki, Yıldırımı görən Məhəmməd Taha adlı şagird sevincindən ağlamağa başlayıb. Binəli Yıldırım isə şagirdi qucaqlayaraq öpüb, daha sonra birgə şəkil çəkdiriblər.