24 sentyabr 2018 14:28
1827

Xırdalanda su və kanalizasiya sistemləri yenidən qurulur

Xırdalanda su və kanalizasiya sistemləri yenidən qurulan küçələrə asfalt döşənib

“Xırdalan şəhərinin su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması” layihəsi çərçivəsində görülən işlərin 70 faizi yekunlaşıb.

Bu sözləri AZƏRTAC–a müsahibəsində Abşeron Rayon İcra Hakimiyyəti başçısının müavini İlham Quluyev bildirib.

O deyib ki, artıq şəhər ərazisində su və kanalizasiya xətlərinin çəkilişi yekunlaşan küçələrin asfaltlanması işləri aparılır. Qasım bəy Zakir, Əliağa Kürçaylı, Fərid Əhmədov, Asəf Zeynallı, Mübariz İbrahimov və Xəqani küçələrinə asfalt örtük döşənib. Hazırda şəhərin Səttarxan küçəsində yolun yenidən qurulması işləri aparılır.