24 sentyabr 2018 14:34
1485

Ağcabədi rayonunda icazəsiz ov edən şəxs saxlanılıb

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühitin Mühafizəsi Departamentinin əməkdaşları brakonyerliyə qarşı mübarizə məqsədilə Ağcabədi rayonunun ərazisində reyd keçiriblər.

Nazirliyin mətbuat xidmətindən bildiriblər ki, reyd zamanı rayonun Qarqışlaq adlanan ərazisində icazəsiz ov edən şəxs saxlanılıb və ondan ov tüfəngi, çöl dovşanı, sığırçın quşu götürülüb.

Araşdırma zamanı ov edən şəxsin Ağcabədi şəhər sakini İlkin Mamedov olduğu müəyyənləşib. Faktla bağlı protokol tərtib edilib və İ.Mamedova 1508,50 manat məbləğində cərimə və ziyan tətbiq olunub.