24 sentyabr 2018 17:33
1151

Bakıda marşrut avtobusunun vurduğu piyada xəstəxanada ölüb

Bakıda marşrut avtobusunun vurduğu piyada bir həftə sonra xəstəxanada ölüb.

"Report" Daxili İşlər Nazirliyinə istinadən xəbər verir ki, hadisə sentyabrın 15-də saat 16 radələrində Sabunçu rayonunun Bakıxanov qəsəbəsi ərazisində qeydə alınıb. 

Belə ki, Bakı şəhər sakini Pərviz Quliyev idarə etdiyi “Daewoo” markalı 185 saylı xətt avtobusu ilə yolu keçən Bakı şəhər sakini Miqdat Kuxmazovu vurub. Nəticədə xəstəxanaya yerləşdirilmiş piyada sentyabrın 22-də orada ölüb.

Sabunçu rayon Polis idarəsi tərəfindən araşdırma aparılır.