24 sentyabr 2018 18:50
1551

Gədəbəydə 2 tondan artıq narkotik vasitə müsadirə edilib

Gədəbəydə 2 tondan artıq narkotik vasitə müsadirə edilib.

DİN-dən Trend-ə verilən məlumata görə, Gədəbəy RPŞ əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Slavyanka kənd sakini Amin Məmmədovun həyatyanı sahəsindən kultivasiya yolu ilə yetişdirilmiş, çəkisi 2 ton 249 kiloqram olan 173 ədəd çətənə kolu, habelə yaşadığı evdən isə 105 kiloqram 900 qram marixuana aşkar edilərək götürülüb.