24 sentyabr 2018 18:57
1391

Əfqanıstan həbsxanasında talibançı polisə atəş açıb

Əfqanıstanın cənubundakı Zəbol əyalətinin Səfo şəhərindəki həbsxanada saxlanılan "Taliban" silahlısı ötən gecə namaz qılan mühafizəçinin silahını ələ keçirib və polisə hücum edib. 

“Report” “İnterfax”a istinadən xəbər verir ki, hadisə nəticəsində şəhər Polis İdarəsinin Təhlükəsizlik şöbəsinin rəisi həlak olub, daha 2 polis yaralanıb.