28 sentyabr 2018 15:34
1444

Yeni nəsil şəxsiyyət vəsiqələrindən niyə istifadə etmək olmur?

Bu il sentyabrın 1-dən ölkədə yeni nəsil elektron şəxsiyyət vəsiqəsinin tətbiqinə başlanılıb. Lakin bəzi banklar yeni nəsil şəxsiyyət vəsiqələrindən məlumatları oxumaqda çətinlik çəkirdilər. Dolayısı ilə vətəndaşlar yeni aldıqları şəxsiyyət vəsiqəsi ilə lazımi əməliyyatları həyata keçirə bilmirdilər. Daxili İşlər Nazirliyi bəzi təşkilatların yaşadıqları problemlərə aydınlıq gətirib.

Nazirliyin mətbuat xidmətindən Publika.az-a verilən məlumatda bildirilir ki, qanunvericiliyə əsasən həmin sənəd sahibinin yaşayış yeri, ailə vəziyyəti və hərbi vəzifəsi barədə dəyişə bilən məlumatlar elektron daşıyıcıda (çipdə) yerləşdirilir.

Şəxsiyyət vəsiqəsinin çipində göstərilən məlumatların oxunması üçün nəzərdə tutulmuş xüsusi fayllar istehsalçı şirkət tərəfindən təqdim olunmuşdur. Həmin faylları Daxili İşlər Nazirliyinin (mia.gov.az) və Baş Pasport Qeydiyyat və Miqrasiya İdarəsinin (bpqmi.gov.az) rəsmi internet saytlarında yerləşdirilmiş

(https://mia.gov.az/?/az/news/view/1237/)

(http://www.bpqmi.gov.az/?/az/news/view/117/)

linklərindən yükləyərək istifadəçi təşkilatın (fiziki və hüquqi şəxsin) istifadə etdiyi proqram təminatına inteqrasiya etməklə vəsiqə sahibi barədə məlumatları xüsusi qurğu (çip rider) vasitəsilə oxumaq və zərurət olduqda eksport etmək mümkündür.