28 sentyabr 2018 16:53
2021

Qanıx çayının Əyriçay məntəqəsində suyun səviyyəsi artıb

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin verdiyi məlumata görə, hazırda Böyük Qafqazın Quba-Xaçmaz bölgəsi çaylarında sululuq ongünlük normanın 90-110, Kiçik Qafqazın çaylarında 40-100, Lənkəran-Astara bölgəsi çaylarında 70-80, Naxçıvan Muxtar Respublikası çaylarında isə 5 faizini təşkil edir.

Nazirliyin mətbuat xidmətindən bildiriblər ki, sentyabrın 28-də Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində 4 santimetr artım müşahidə olunub. Hazırda məntəqədə su sərfi saniyədə 151 kubmetr olmaqla ongünlük normanın 109 faizini təşkil edir. 2017-ci ildə isə bu rəqəm saniyədə 83 kubmetr təşkil etməklə ongünlük normanın 60 faizinə bərabər olub.

Qanıx çayının Əyriçay məntəqəsində suyun səviyyəsində 6 santimetr artım qeydə alınıb. Hazırda məntəqədə su sərfi saniyədə 75 kubmetr olmaqla ongünlük normanın 78 faizini təşkil edir. Ötən il isə bu göstərici saniyədə 17 kubmetr təşkil edərək ongünlük normanın 18 faizinə bərabər olub.

Sentyabrın 28-də Kür çayının aşağı axınında suyun səviyyəsində əsasən mühüm dəyişiklik müşahidə olunmayıb. Belə ki, Kür çayının Şirvan və Salyan məntəqələrində 2 santimetr artım, Bankədə 6, Araz çayının Novruzlu məntəqəsində 1 santimetr azalma qeydə alınıb. Surra məntəqəsində isə suyun səviyyəsi dəyişməyib.

Hazırda Surra məntəqəsində suyun səviyyəsi 321 (2017-ci il sentyabrın 28-də 330 sm), Şirvanda 215 (2017-ci il sentyabrın 28-də 191 sm), Salyanda 175 (2017-ci il sentyabrın 28-də 140 sm), Bankədə 201 (2017-ci il sentyabrın 28-də 212 sm), Araz çayının Novruzlu məntəqəsində isə 34 santimetrə (2017-ci il sentyabrın 28-də 55 sm) bərabərdir.