28 sentyabr 2018 22:13
2217

Kənddə həmişə iş tapılır

Ölkədə həyata keçirilən irimiqyaslı iqtisadi islahatlar nəticəsində  indi  kənd yerində yaşayanlar üçün iş həmişə olur. Yəni, dövlətin xüsusi qayğısı ilə Azərbaycan kəndlisi  torpağını əkib-becərməklə özünə firavan gün-güzəran qurur.

Lənkəran rayonunun Separadi  kəndində də belədir.  Burada iş sıradan   gileyli adam  tapmaq çətindir. Kənddə  çox gəlir gətirən ənənəvi  sahələrə diqqət yetirməklə əhalinin  məşğulluğu  təmin olunur. Həm də iqtisadiyyat qalxdıqca kənd günbəgün inkişaf edir,  yeni tikililər  hesabına  ev-ev böyüyüb abadlaşır.  Lap yaxın vaxtlarda burada 2 müasir tipli məktəb binası, tibb məntəqəsi tikilib, yollar yenidən qurulub,  demək olar ki,  artıq narahatlıq doğura bilən heç bir sosial problem  qalmır.  Kənddə yaşamaq üçün hər  cür şərait vardır.  Bu da adamların qurub-yaratmaq həvəsini artırır. Separadinin  iqtisadi, sosial, mədəni mənzərəsi ürəkaçandır.  Bütün bunlara görə  camaat, hər şeydən əvvəl,  ulu öndər Heydər Əliyevin  əsasını qoyduğu  mükəmməl  strateji  kursu  dönmədən davam etdirən  ölkə Prezidenti İlham Əliyevə  öz dərin minnətdarlığını  bildirir.

Separadidə 100 hektara yaxın sitrus bağı salmaqla daha 200 nəfər işlə təmin olunub.  Hazırda yaxşı qazanc əldə etməkdən ötrü əkilən hər bir tingə  xüsusi qayğı göstərilir. Ümumiyyətlə,  separadililər İşləyib halal zəhmətlə   həyatlarını  rahat təmin edə bilirlər.  İşgüzar, zəhmətsevər, torpağının qədir-qiymətini bilən  adam üçün hər vaxt iş tapılır.  Fərəhli  haldır ki, bu istiqamətdə başlanmış tədbirlər davamlıdır.

Zəfər Orucoğlu,  

Azərbaycan  Jurnalistlər Birliyinin üzvü