03 oktyabr 2018 23:26
2231

Nikol Paşinyanın tülküsayaq bəyliyi

Nə qədər çəkiləcəyi bilinməyən bu “bəyliyin” sonunda dərinin soyulmağı da var

“Hamı cənnətə  getmək istəyir, amma heç kəs ölmək istəmir” məsəli indi Ermənistanda  baş verən hadisələrə uyğundur. Hamının “mən” dediyi  işğalçı  dövlətdə  “biz” deyənlərin səsinə qulaq asan yoxdur.     Ölkədə davam edən  aksiyalarda hələ də  bloklar arasında  yaranan qarşıdurmalar  siyasi gərginliyi artırır. Vəziyyəti sabitləşdirmək  məsuliyyətini   isə heç kim öhdəsinə  götürmür.  Necə deyərlər, sütunları  çürümüş “dağılan tifaqı” əmələ gətirməyin qeyri-mümkün olduğunu “küçə mənəviyyatını” iqtidara gətirən baş nazir Nikol Paşinyan kimi, onun  vədlərinə inananlar da aydın başa düşürlər.  Hazırda  Ermənistanda  gününəsas mövzusu  növbədənkənar  parlament seçkiləri, iqtisadi böhranla bağlıdır.

İnsanlar Ermənistanın baş naziri Nikol Paşinyanın çağırışı ilə parlamentin giriş və çıxışlarını bağlayıb, deputatları çölə buraxmırlar.

Səbəb isə  2 oktyabr tarixində parlamentin növbədənkənar iclasında Respublikaçılar Partiyası,  Çarukyan Bloku və Daşnaksütyun tərəfindən parlamentin buraxılması imkanlarını daha da məhdudlaşdıran reqlamentlə bağlı   yeni qanun layihəsində olunan dəyişikliklərdir. 

İrəvan bələdiyyəsinə keçirilən seçkilərdə Nikol Paşinyanın blokunun böyük üstünlüklə qalib gəlməsi bir daha göstərdi ki, növbədənkənar parlament seçkilərinin keçirilməsi, Serj Sərkisyanın lideri olduğu Respublikaçılar Partiyasının, “Qarabağ klanı”nın Ermənistan siyasətindəki uzun sürən hökmranlığına son qoyacaq.

 Ermənistan prezidenti Armen Sarkisyan “Daşnaksütün” və “Çiçəklənən Ermənistan” partiyalarını təmsil edən bir sıra nazirlərin vəzifələrindən azad edilmələri barədə fərmanlar imzalayıb.

Prezidentin fərmanı ilə nəqliyyat, rabitə və informasiya texnologiyaları naziri Aşot Akopyan, idman və gənclərlə iş üzrə nazir Levon Vaqradyan, fövqəladə hallar naziri Qraçya Rostomyan, enerji infrastrukturları və təbii ehtiyatlar naziri Artur Qriqoryan, iqtisadi inkişaf və investisiyalar naziri Artsvik Minasyan və kənd təsərrüfatı naziri Artur Xaçatryan kreslolarını itirməklə  sabiq prezidentlərin hakimiyyətə qayıtmaq şansları azalıb.

   Nikol Paşinyanı hakimiyyətə gətirən xalq artıq seçimində yanıldığını etiraz aksiyalarında açıq şəkildə  bildirir. Amma ayı oynadan, “velotrek yarışlarına” çıxmaqla guya özünü sadə insanlardan fərqli hesab etmədiyini bildirən Paşinyanın erməni məkrindən qaynaqlanan şouları fitnəkarlığı genlərində, qanlarında daşıyan  soydaşları tərəifəndən qəbul olunmur.  Nikolu “ xoş günlər” naminə küçədən birbaşa  hakimiyyətə gətirən insanlar hələ də  yoxsulluqdan da aşağı səviyyədə yaşayır, adi məişət şəraitinin ağırlığından  əziyyət çəkirlər. Övladını hərbi xidmətə göndərməklə  özünü ədalət carçısı kimi qələmə verən Paşinyanın “ hərbi istirahətdə” olan övladından fərqli olaraq  əsgərlər səfalət içərisində yaşayır,   narkomanlıqla məşğul olan zabitlərin daimi  “ vəzifəsi” olan korrupsiya halları genişlənir.

  Nikol Paşinyanın  başqa ölkələrə səfərlərində  üzləşdiyi biganəliyi bütünlükdə  başqalarının köləsi olan xalqa qarşı hörmətsizlik kimi dəyərləndirən  ermənilər xarici  KİV-lərdə  baş nazirləri haqqındakı  etikadan kənar yanaşmalardan da  mənəvi əzab çəkirlər.

 Artıq Paşinyan dərk edir ki, siyasi, iqtisadi , hərbi qüdrəti ilə  dünya dövlətləri arasında  ilk sıralarda yer alan Azərbaycanla  Ermənistanın müqayisə olunmaq imkanları məhduddur. Ona görə də parlament məsələsini ortaya atmaqla xalqı , ölkədaxili gərginliyi  sakitləşdirməyə çalışan Paşinyan bu  vəziyyətin uzun sürməyəcəyini çox aydın başa düşür. Amma Molla Nəsrəddin sayaq alver edən,  malları baha alıb ücuz satmaqla “ qoy mənə də tacir deysinlər” iştahasında olan Paşinyan sadəcə olaraq iqtidarın, səlahiyyət şirinliyinin  nə demək olduğunu  şəxsi təcrübəsində  sınamaq istəyir.  Necə deyərlər, bir günün  tülkü sayaq bəyliyi də bəylikdir. Amma bu  bəyliyin dərinin diri-diri soyulmaq təhlükəsi də var.  Sabiq prezidentlər  R. Koçaryanın,  S.Sarkisyanın taleyini yaşamaq qisməti  Paşinyana xalqın istefasını tələb etdiyi erməni  katalikosu  Qaragenlə birlikdə olacaq.

 Xuraman İsmayılqızı, “İki sahil”