04 oktyabr 2018 15:27
1508

Türkiyə ordusuna AĞIR İTKİ: 4 şəhid, 5 yaralı

Türkiyənin Batman vilayətinin Gercüş mahalında PKK terrorçuları zirehli hərbi avtobilin keçdiyi vaxt yola yerləşdirdiyi partlayıcını işə salıb.

Publika.az Türkiyə mediasına istinadən xəbər verir ki, hadisə nəticəsində 4 əsgər şəhid olub, 5-i yaralanıb.

Hadisə bu gün səhər saat 06:00 radələrində baş verib.

Hücumdan sonra qaçan terrorçuları zərərsizləşdirmək üçün bölgədə hava güclərinin dəstəyi ilə genişmiqyaslı əməliyyat başlayıb.