04 oktyabr 2018 17:05
1859

ABŞ-da atışma nəticəsində 1 nəfər ölüb, 6 polis əməkdaşı yaralanıb

ABŞ-ın Cənubi Karolina ştatının Vintage Place rayonunda baş verən atışma nəticəsində 1 nəfər ölüb, 6 polis əməkdaşı yaralanıb.

“Report” “Anadolu”ya istinadən xəbər verir ki, bu barədə Florens dairəsinin Fövqəladə Hallar İdarəsi məlumat yayıb.

Bildirilib ki, hüquq-mühafizə orqanlarının əməkdaşları yoxlama ilə bağlı orderi təqdim edərkən sakinlərdən biri atəş açıb. O, mənzildə barrikada quraraq iki saata yaxın polisə müqavimət göstərib. Ancaq sonda şübhəlini yaxalamaq mümkün olub.