16 iyul 2018 22:22
1528

Prezident İlham Əliyev ölkədə nəşr olunan qəzetlərə maliyyə yardımı ayırıb

Prezident İlham Əliyev ölkədə nəşr olunan qəzetlərə maliyyə yardımının ayrılması barədə sərəncam imzalayıb.

Sərəncama görə, Azərbaycanda nəşr olunan qəzetlərə birdəfəlik maliyyə yardımı göstərmək üçün 2018-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fonduna 1,0 (bir) milyon manat ayrılır.

Maliyyə Nazirliyinə bu Sərəncamın 1-ci hissəsində göstərilən məbləğdə maliyyələşməni təmin etmək tapşırılır.