23 aprel 2018 23:19
3983

Ceyhun Bayramov təhsil naziri təyin edilib

Prezident İlham Əliyev “Azərbaycan Respublikası Nazirlər Kabinetinin yeni tərkibi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 21 aprel tarixli Sərəncamına əlavələr edilməsi barədə sərəncam imzalayıb.

Sərəncama əsasən, Azərbaycan Respublikasının təhsil naziri Ceyhun Əziz oğlu Bayramov təyin edilib.