Vasif Talıbovun oğluna ali rütbə verildi

16 mart 2018 22:55
1814

Prezident İlham Əliyev Dövlət Miqrasiya Xidmətinin əməkdaşlarına ali xüsusi rütbələrin verilməsi haqqında sərəncam imzalayıb.

Sərəncama əsasən Dövlət Miqrasiya Xidməti rəisinin birinci müavini Vəli Nağı oğlu Nağıyevə II dərəcəli dövlət miqrasiya xidməti müşaviri ali xüsusi rütbəsi verilib.

Dövlət Miqrasiya Xidmətinin aşağıdakı əməkdaşlarına isə III dərəcəli dövlət miqrasiya xidməti müşaviri ali xüsusi rütbəsi verilib:

Talıbov Rza Vasif oğlu –Dövlət Miqrasiya Xidmətinin Vətəndaşlıq məsələləri baş idarəsinin rəisi

Nəbiyev Şahin Hidayət oğlu - Naxçıvan Muxtar Respublikasının Dövlət Miqrasiya Xidmətinin rəisi

Qeyd edək ki, Rza Talıbov Naxçıvan MR Ali Məclisinin sədri Vasif Talıbovun böyük oğludur.