14 sentyabr 2017 20:37
374

Dünyada elektron ticarətin satış həcmi yüksəlir

Dünyada elektron ticarətin satış həcmi yüksəlir.

AZƏRTAC xəbər verir ki, “Statista” təşkilatının məlumatına görə, qlobal bazarda elektron ticarətdə satışların həcmi yüksək templə artacaq, çünki bir çox pərakəndə tacirlər onlayn satış və internet marketinqdə maraqlıdır.

Hesabata əsasən, 2015-ci ildə fiziki məhsulların onlayn satış həcmi 294,45 milyard dollar təşkil edib. Bu halda proqnozlara görə, 2021-ci ilədək həmin məhsulların satış həcmi 485 milyard dolları ötəcək.

Maraqlıdır ki, ABŞ ümumi pərakəndə satış həcmində elektron ticarət payının göstəricisinə görə bir neçə ölkədən geri qalır. Məsələn, 2016-cı ildə Çində bütün pərakəndə satış həcminin təxminən beşdəbiri internetin payına düşüb. ABŞ-da bu göstərici 8,1 faiz təşkil edib.