22 iyul 2017 00:04
628

Prezident İlham Əliyev Rusiyaya işgüzar səfərə gəlib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 21-də Rusiya Federasiyasına işgüzar səfərə gəlib.

AZƏRTAC xəbər verir ki, Soçinin Beynəlxalq Aeroportunda Azərbaycan Prezidenti İlham Əliyevi Rusiya Federasiyası Krasnodar vilayətinin qubernatoru Veniamin Kondratev və Soçi şəhərinin meri Anatoli Paxomov qarşılayıblar.