26 oktyabr 2018 00:35
3046

Məşhur aktyorun həyat yoldaşı toydan qabaq hamilə qaldı

Dünya şöhrətli aktyor Uil Smitin həyat yoldaşı Jada Pinkett əri haqqında şok açıqlamalar verib.

Publika.az xarici mətbuata istinadən xəbər verir ki, aktrisa Jada Pinkett Smit dünən “Facebook Watch” proqramına qonaq olub. Səmimi açıqlamalar verən kino ulduzu Uil Smitlə ailə qurmaq fikrində olmadığınnı deyib. Aktrisanın sözlərinə görə, o, 1997-ci ildə hamilə qaldığı üçün Uil Smitə ərə gedib.

Kino ulduzu etiraf edib ki, anası ona təzyiq göstərib: "Gənc idim və hamilə qaldım. Nə edəcəyimi bilmirdim. Sadəcə, heç vaxt ərə getmək istəmədiyimi bilirdim. Toyum olacağı üçün çox bədbəxt idim. Bütün günü ağlamışdım".

Məlumat üçün bildirək ki, Jada Pinkett Smit ilə aktyor Uil Smit 1997-ci ildə evlənib. Hələ də evli olan cütlüyün 3 uşağı var.

Onu da qeyd edək ki, Jada Pinket Smit gənc ikən mərhum reper Tupakın sevgilisi olub.