27 oktyabr 2018 00:04
3596

Abramoviç “Çelsi”ni çexə satır

Yaxın günlərdə danışıqlar başlayır

Roman Abramoviç yaxın günlərdə "Çelsi”nin satışı ilə bağlı danışıqlara başlayacaq. Abramoviç "Çelsi”ni Çexiyanın ən varlı şəxsi Peter Kellnerə satmaq niyyətindədir. Tərəflər arasında ilkin danışıqlar bir neçə gündən sonra baş tutacaq.

Kellnerin varidatı 15,5 milyard dollar civarındadır. O, futbolla yaxından maraqlanır. Çexiyalı milyarder "Stemford Bric”də mütəmadi olaraq futbola tamaşa edir. O, arenada vip-loja da tutub.

Kellnerin Abarmoviçlə yaxşı münasibətlərinin də olduğu bildirilir. Rusiyalı milyarder onu, "Çelsi”ni satmaq üçün uyğun şəxsa sayır.

Skripalların zəhərlənməsindən sonra Abramoviç üçün Britaniya vizası bağlanıb. Bundan sonra o, İsrail vətəndaşlığı alıb. Ancaq bu vətəndaşlıq ona İngiltərədə daimi yaşayış imkanı verimir, bir sıra qadağalar var.

Belə şəraitdə isə top-klubu idarə etmək olduqca çətinləşir. Bu amilləri nəzərə alan Abramoviç klubu satmağı məqbul hesab edir.

Rusiyalı milyarder "Çelsi”ni 2003-cü ildə alıb. Onun gəlişindən sonra "Çelsi” Avropanın ən güclü klublarından birinə çevrilib. Komanda 5 dəfə İngiltərə Premyer Liqasının, 1 dəfə isə Çempionlar Liqasının qalibi olub.