28 oktyabr 2018 14:27
3118

İngiltərədə ilin ən eksantrik nümunələri hərraca çıxarılıb

İngiltərənin Yorkşayr əyalətində Kristofer Kon və Stenli Siger adlı kolleksiyaçıların hərraca çıxartdığı əşyalar ilin ən eksantrik nümunələri kimi nümayiş etdirilir.

AZƏRTAC xəbər verir ki, hərraca çıxarılan əşyalar arasında Merlin Monronun əzilmiş gəzinti səbəti, rəssam Pablo Pikassonun siqaret qutusu, birinci Dünya müharibəsi zamanı rus əsgərlərinə verilən mis qazan da var.
Merlin Manroya məxsus səbət təxminən 600-800 funta satışa çıxarılıb, mis qazana isə təxminən 4-6 min funt qiymət qoyulub.
Cümə günü Sotebi satış evi hərraca çıxarılan sənət əsərləri və əşyaları nəzərdən keçirib. Satış evinin nümayəndəsi onları çox gözəl və əyləncəli əşyalar kimi dəyərləndirib.