Prezident Donald Trampa başsağlığı verib

29 oktyabr 2018 16:21
2776

Prezident İlham Əliyev ABŞ Prezidenti Donald Trampa başsağlığı məktubu göndərib.

Başsağlığında deyilir:

"Hörmətli cənab Prezident,

Pittsburq şəhərində sinaqoqa silahlı hücum nəticəsində insan tələfatı barədə xəbər məni olduqca kədərləndirdi.

Baş vermiş bu faciə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə və yaxınlarına, bütün Amerika xalqına öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verirəm".