30 oktyabr 2018 18:07
2016

BP-nin üçüncü rübdəki mənfəəti proqnozları üstələyib

Bu ilin üçüncü rübündə BP şirkətinin xalis mənfəəti 3,84 milyard dollar olub.

AZƏRTAC BP-yə istinadla xəbər verir ki, şirkətin hesabat dövründəki faiz və vergisiz mənfəəti 6,72 milyard dollar təşkil edib.

Bu göstəricilərlə BP-nin üçüncü rübdəki mənfəəti proqnozları üstələyib. Belə ki, analitiklər qeyd edilən dövrdə şirkətin xalis mənfəətinin 2,32-3,23 milyard dollar aralığında, faiz və vergisiz mənfəətinin isə 5,46 milyard dollar olacağını proqnozlaşdırırdı.