30 oktyabr 2018 20:57
2899

Ukrayna saytında Prezidentlə bağlı geniş məqalə dərc edilib

Ukrayna saytında Prezident İlham Əliyevin 15 illik fəaliyyəti ilə bağlı geniş məqalə dərc edilib

Azərbaycanın Ukraynadakı səfiri Azər Xudiyevin Ukraynanın nüfuzlu “lb.ua” saytında Prezident İlham Əliyevin 15 illik fəaliyyətinin uğurlarından bəhs edən geniş məqaləsi dərc olunub.

AZƏRTAC xəbər verir ki, “Prezident İlham Əliyev: 15 illik fəaliyyətinin əsas geosiyasi və siyasi məqamları barədə” sərlövhəli məqalədə qeyd olunur ki, Azərbaycan dövlət başçısının 15 illik fəaliyyətinə nəzər salarkən, strateji düşüncəli, müasir dövrün lideri olan ən parlaq, dinamik, yaradıcı siyasi liderlərdən birini görürük.

Yazıda Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri akademik Ramiz Mehdiyevin Prezident İlham Əliyevin Azərbaycanın güclənməsi istiqamətində apardığı islahatlar, gördüyü işlərə dair fikirləri də yer alıb.

Səfir məqaləsində dövlətimizin başçısının son 15 ildə iqtisadi, siyasi sahədə həyata keçirdiyi qətiyyətli islahatlarına, beynəlxalq layihələrin reallaşdırılmasında verdiyi uğurlu qərarlara, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində ədalətli mübarizəsinə dair fikirlərə geniş yer ayırıb.