30 oktyabr 2018 21:23
3007

Gələn il SOCAR-ın təbii qaz hasilatının artacağı proqnozlaşdırılır

Gələn il SOCAR-ın təbii qaz hasilatının artacağı nəzərdə tutulur.

AZƏRTAC xəbər verir ki, bu barədə “Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsi haqqında” Azərbaycan Respublikasının Qanun layihəsinə Hesablama Palatasının Rəyində deyilir.

Bildirilir ki, 2019-cu ildə SOCAR üzrə neft hasilatının eyni səviyyədə 7,6 milyon ton, qaz hasilatının isə 0,8 milyard kubmetr artırılaraq 7,2 milyard kubmetr həcmində olacağı proqnozlaşdırılır.