30 oktyabr 2018 21:23
2717

ABŞ dövlət katibinin müavini Estoniyaya səfər edəcək

ABŞ dövlət katibinin silahlanmaya nəzarət və beynəlxalq təhlükəsizlik məsələləri üzrə müavini Andrea L.Tompson İslandiya, Polşa və İordaniyada dayanmağı nəzərdə tutan on günlük səfəri çərçivəsində bu həftə Estoniyaya gələcək.

AZƏRTAC xəbər verir ki, Tompson Estoniyada yüksəkvəzifəli hökumət məmurları ilə görüşməyi, kibernetik təhlükəsizlik məsələləri üzrə Estoniya hökumətinin nümayəndələrinin də daxil olacağı ABŞ-Estoniya işçi qrupunda Amerika nümayəndə heyətinin rəhbəri kimi kibernetik təhlükəsizlik məsələlərini müzakirə etməyi planlaşdırır.