30 oktyabr 2018 21:25
3477

Məşhur müğənni müflis olmuş əri ilə barışdı

Keçən ay ərindən boşanan müğənni Demet Akalınla iş adamı Okan Kurtla barışıb.

Publika.az xəbər verir ki, məlumatı “Söylemezsem olmaz” proqramı yayıb. Verilişin aparıcıları bildirib ki, Okan Demetin evində yaşayır, onların bir neçə gün bundan əvvəl barışdığını elan edib.

Bu məqamda onu da qeyd edək ki, bəzi mənbələr cütlüyün boşanmasının formal xarakter daşıdığını irəli sürüb. Buna səbəb Okan Kurtun borcu ödənmədiyi üçün lüks villasındakı bahalı əşyalarının müsadirə edilməsi olub.

Məşhur müğənni Demet Akalın iş adamı Okan Kurtla sentyabr ayında boşansa da, onlar bədənlərinə yazdırdıqları döymələri sildirməyib. Qeyd edək ki, cütlük evli olduqları müddətdə bir-birini xatırladan çoxlu döymə etdirib. Akalın topuğuna qurd döyməsi, Okan Kurt isə kürəyinə Demet Akalının portretini çəkdirib.