30 oktyabr 2018 22:45
2879

Boru xəttinə silahlı hücum

Kolumbiyanın  “Ecopetrol”  dövlət neft şirkəti  Kano Limon  boru xəttində baş verən silahlı hücumdan sonra  baş verən  neft sızmasından yaranan çirklənmənin qarşısını almağa başlayıb. 

Şirkətin verdiyi məlumata görə, partlayışın baş verdiyi boru xəttinin yerləşdiyi “Kano Limon” yatağı “Occidental Petroleum” şirkəti tərəfindən idarə olunur  və 76 illik  boru xəttində bu günə qədər   hasilatın  aparılmasında heç bir problem aşkar olunmamışdı. Baş verən silahlı basqın zamanı boru xətti işlək vəziyyətdə olmamasına baxmayaraq, hadisə nəticəsində bir qədər neft sızaraq  Boyaka əyalətində yerləşən La Blanquita adlı əraziyə axıb.

“Iki sahil” reuters.com saytına istinadən xəbər verir ki,   sözügedən  boru xətti 780 km idi və onun vasitəsilə gündəlik 210000 barrel neft  daşınırdı. Amma bu ildən  boru xəttində baş verən silahlı hücmlar və digər qeyri-qanuni əməliyyatlara görə boru xətti bağlanmışdı. Şirkət baş verən  bu cür cinayət hadisələrinə görə məsuliyyət daşımadığını bəyan edib.