30 oktyabr 2018 22:59
2508

Küveyt ilə Çin neft müqaviləsi imzalayıb

Küveyt və Çin arasında neft müqaviləsi imzalanıb.

AZƏRTAC KUNA agentliyinə istinadla xəbər verir ki, Küveyt Neft Şirkəti (“KPC”) və Çinin “Rongsheng” neft emalı zavodu arasında neft müqaviləsi imzalanıb. Müqaviləyə görə, “KPC” “Rongsheng” neftayırma zavodunu xam neftlə tədarük edəcək.

Bu, “KPC”nin Çinin özək sektorunda bir neft emalı zavodu ilə imzaladığı ilk müqavilədir.