31 oktyabr 2018 15:18
1993

DİN: Axtarışda olan şəxs saxlanılıb

Axtarışda olan şəxs saxlanılıb.

Daxili İşlər Nazirliyindən verilən məlumata görə, Goranboy Rayon Polis Şöbəsi və Nizami (Gəncə) Rayon Polis İdarəsi əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Cinayət Məcəlləsinin 177-ci (oğurluq) və 181-ci (quldurluq) maddələri ilə axtarışda olan Elxan Yaqubov saxlanılaraq istintaqa cəlb edilib.