31 oktyabr 2018 17:31
1985

İlk təyyarə Ankara istiqamətində yola düşüb

Oktyabrın 31-də İstanbul Hava Limanından ilk sərnişin təyyarəsi Ankaraya yola düşüb.

AZƏRTAC xəbər verir ki, Türkiyə vaxtı ilə saat 11.32-də havaya qalxan təyyarə sərnişinləri Ankaranın Esenboğa Hava Limanına çatdıracaq.