31 oktyabr 2018 17:41
2007

Son illər ölkəmizdə işsizlik və yoxsulluğun səviyyəsi azalıb

Prezident İlham Əliyevin oktyabrın 30-da imzaladığı “2019-2030–cu illər üçün Azərbaycan Respublikasının Məşğulluq Strategiyası” Sərəncamında Məşğulluq Strategiyasının icrası dövründə işsizlik və yoxsulluq səviyyəsinin azaldığı, əhalinin gəlirlərinin, o cümlədən əməkhaqqının yüksəldiyi göstərilir.

AZƏRTAC xəbər verir ki, strategiyada işsizlik səviyyəsinin 7,3 faizdən 5 faizədək, yoxsulluğun 29,3 faizdən 4,9 faizədək azaldığı, əhalinin gəlirlərinin 5,2 dəfə, minimum əməkhaqqının 3,5 dəfə, orta aylıq nominal əməkhaqqının 3,8 dəfə artdığı qeyd edilib. Həmin dövrdə işsizlərin, işə düzəlməkdə çətinlik çəkən vətəndaşların sosial müdafiəsinin gücləndirilməsi, əmək bazarının təkmilləşdirilməsi, əmək ehtiyatlarının keyfiyyətcə yaxşılaşması və rəqabətqabiliyyətliliyinin artması, iqtisadi fəallığın yüksəlməsi üçün əlverişli şərait yaradılması sahəsində müvafiq tədbirlər həyata keçirilib.