31 oktyabr 2018 17:43
2160

Hərbi Akademiyada elmi-praktiki seminar keçirilib

Azərbaycanın və Almaniyanın Müdafiə nazirlikləri arasında 2018-ci il üçün ikitərəfli əməkdaşlıq planına əsasən, Silahlı Qüvvələrin Hərbi Akademiyasında “Hərbi təhlükəsizlik siyasəti” mövzusunda elmi-praktiki seminar keçirilib.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, tədbirdə almaniyalı ekspertlər Hərbi Akademiyanın dinləyiciləri, eləcə də hərbi strategiya sahəsində çalışan professor-müəllim heyətinə mühazirələr oxuyublar.