31 oktyabr 2018 17:50
2179

“Yutu” tufanı nəticəsində yeddi nəfər həlak olub

Oktyabrın 30-da Filippinə çatan “Yutu” tufanı nəticəsində yeddi nəfər həlak olub, 30 nəfər isə dağıntılar altında qalıb.

AZƏRTAC yerli KİV-lərin yaydığı məlumata istinadla xəbər verir ki, altı nəfər Luson adasında yerləşən Kordilyer inzibati regionunda tufanın yaratdığı torpaq sürüşmələri nəticəsində, bir nəfər isə güclü yağışlar səbəbindən daşan çayda boğularaq həlak olub. Həlak olanlardan dördü 5 yaşdan 11 yaşadək uşaqlardır.

Təbii fəlakət səbəbindən 10 mindən çox sakinin təxliyə edildiyi, 30 aviareysin isə təxirə salındığı bildirilir.