31 oktyabr 2018 18:36
2212

Zambiyada 1,13 kq-lıq zümrüd tapıldı

Şaxtaçılar Zambiyanın şimalında Kanem kəsiyində həcminə görə nadir zümrüd tapıblar.

Milli.Az xəbər verir ki, qiymətli daşın çəkisi 5655 karat və ya 1,13 kq təşkil edir.

Zümrüdə "İnkalamu" (bemba dilində "şir") adı verilib.

Qiymətli daşın bu ilin noyabrında Sinqapurda hərraca çıxarılacağı gözlənilir.

Xatırladaq ki, bu vaxta qədər ən böyük zümrüd (28 kq) 1974-cü ildə Braziliyada tapılıb.

Bölmədən digər xəbərlər