31 oktyabr 2018 20:05
2519

Ermənilərin ümidi cinsi azlıqlara və siyasi dəllallara qalıb

Avropa marginallarının Qarabağ səfəri və ya erməni diasporunun çarəsizliyi

Erməni mətbuatında  yer alan qondarma “Dağlıq Qarabağ Respubublikasına” Belçika parlamentinin üzvü Jan Jak Flaonun səfəri  guya ki,  “Avropdan növbəti siyasətçinin separatçı rejimi tanıması və ya separatçı rejimin beynəlxalq aləmə açılması” kimi xülyaçı və hər hansı əsası olmayan görüntü yaratmaqdan başqa bir şey deyil.

İstər erməni lobbisinin nünayəndəsi Kaspar Karampetyanın, istərsə də erməni lobbisinin nökərinə çevrilən Fransua Roşbluan kimilərinin müşayiəti ilə ölkəmizin işğal olunmuş Dağlıq Qarabağ bölgəsinə səfər edənlərin kimə, nəyə, hansı amala xidmət etdikləri heç bir şübhə doğurmur.

Karampetyanın qondarma separatçı rejimin təbliği  üçün Avropa siyasətçilərini, daha doğrusu sağlam düşüncəli Avropalı siyasətçiləri, bu əraziyə aparmaq səyləri hər dəfəsində Brüsseldəki erməni lobbisinin rəhbərinin çarəsizliyini açıq şəkildə nümayiş etdirir. 

Bir müddət öncə həmin Karampetyan Avropa Parlamentinin deputatı qismində yalnız bir nəfərdən ibarət siyasi partiyanın rəhbəri, siyasi təlxək Martin Sonnebornu ölkəmizin işğal edilmiş Dağlıq Qarabağ bölgəsinə aparmış, indi isə o, homoseksual evlilik qurmuş ilk Belçikalı deputat-mer kimi tarixə düşmüş Jan Jak Flaonu müşayiət edir. Maraqlıdır, növbədə daha hansı “nüfuzlu” Avropa siyasətçisi var?

Karampetyan kimilərinin  əlacsız səyləri, əslində dövlətlərin “biz, Dağlıq Qarabağ Respublikası adlı qurumu tanımırıq” kimi birmənalı rəsmi mövqeyinin təkrarən səsləndirilməsi və daha çox insanın Ermənistanın işğalçı siyasəti barədə həqiqətlərdən xəbərdar olmasına şərair yaradır.

Jan Jak Flao haqqında məlumatları aşağıdakı linklərdən əldə etmək olar:

http://www.dhnet.be/archive/jean-jacques-flahaux-a-dit-oui-a-son-compagnon-51b7ea3fe4b0de6db9982751
https://fr.wikipedia.org/wiki/Jean-Jacques_Flahaux