31 oktyabr 2018 20:06
1947

Son bir sutkada Suriyaya 455 qaçqın qayıdıb

Son bir sutka ərzində xarici ölkələrdən Suriyaya 450-dən çox qaçqın qayıdıb.

Trend-in məlumatına görə, Livandan 102 qaçqın (30-u qadın, 52-si uşaq), İordaniyadan isə 353 nəfər (106-sı qadın, 180-i uşaq) vətəninə qayıdıb.

Ölkə daxilində daimi yaşayış yerlərində artıq 231 nəfərin məskunlaşdığı bildirilir.

Mühəndis bölmələri Suriyada minaların zərərsizləşdirilməsi işini davam etdirir. Son bir sutka ərzində 38 təhlükəli əşya, o cümlədən 12 əldəqayırma partlayıcı qurğu tapılıb.