31 oktyabr 2018 20:11
2117

Rusiya ERMƏNİSTANdan məhsul idxalını dayandırdı

Rusiya ERMƏNİSTAN da daxil olmaqla bu ölkələrdən məhsul idxalını dayandırdı

Rusiya Federal Baytarlıq və Fitosanitar Nəzarət Xidməti bir sıra ölkələrdən məhsul idxalına məhdudiyyətlər tətbiq edib.

Trend-in məlumatına görə, Almaniya və Koreyadan heyvan yemlərinin, Ermənistanın “Fud Eks” şirkətinin farel məhsulunun idxalını qeyri-müəyyən müddətə dayandırıb.

Qeyd olunur ki, həmin məhsullar Rusiyanın baytarlıq-sanitar tələblərini pozur.

Bundan başqa, Qazaxıstandan idxal olunan toyuq ətində salmonella bakteriyası aşkar olunduğu üçün nəzarətə götürülüb.