31 oktyabr 2018 20:51
2528

Milyarderin öldüyü qəza kameralara düşdü

İngiltərənin “Lester Siti” klubunun sahibi, tanınmış iş adamı Vişay Şrivaddanaprabha və daha 4 nəfərin olduğu helikopterin qəzaya düşdüyü anın videosu yayılıb.

Azvision.az xarici mətbuata istinadən xəbər verir ki, kadrlarda helikopterin havaya qalxdıqdan sonra qəflətən fırlanaraq yerə düşdüyü görünür. 

Qeyd edək ki, qəza ötən həftənin şənbə günü Lester Siti” – “Vest Hem” oyunundan sonra baş verib. Belə ki, helikopter idarəetməni itirərək “Kinq Pauer” stadionu yaxınlığında yerə çırpılıb. Nəticədə klub rəhbəri, onun 3 köməkçisi və pilot həlak olub.

Xatırladaq ki, Vişay Şrivaddanaprabha 2011-ci ildə “Lester Siti” klubunu alıb. 4,9 milyard dollar sərvəti olan iş adamı Taylandın ən zəngin 5 adamından biri olub.