31 oktyabr 2018 22:09
3621

Onkoloji xəstəliklər haqqında bilmədiklərimiz

Onkoloji xəstəliklərin insan bədənində necə yaranması haqqında hələ də fərziyyələr dolaşır. Bu xəstəlikdən qoruyan vaksin mövcud deyil, müalicəsi isə yalnız bir neçə formada mümkündür. Buna baxmayaraq, onkoloji xəstəliklər barədə dəqiqləşdirilən bəzi məlumatlar vardır.

1. Dünyanın ən qədim xəstəliklərindən sayılır

Onkologiya adına dörd min il bundan əvvələ aid Qədim Misir mənbələrində rast gəlinir. Həmin mənbələrdə çarəsi olmayan xəstəlik kimi süd vəzi xərçənginin adı keçir.

2. Hazırda insanların çoxu qocalıqdan deyil, məhz xərçəngdən dünyasını dəyişir

Hər il dünya üzrə onkoloji xəstəliklərin diaqnostik göstəriciləri yüksəlir. Bu daha çox kanserogen maddələrin artması ilə əlaqədardır. Lakin bu, sadəcə bir fərziyyədir, sübut olunmuş faktlar hələki mövcud deyil.

3. Toyuq xərçəngi

İlk xərçəng geni toyuqların orqanizmində aşkar olunub. İlk vaxtlar “Raus” sarkoması virusunun necə xərçəng yaratması  və ölümcül olması alimlərə məlum deyildi. Daha detallı tədqiqatlardan sonra bunun səbəbinin virus olmadığı üzə çıxdı. Bəzi toyuqlarda xərçəng geninin olması məhz bu xəstəliyin yaranmasına şərait yaradır. Xərçəng genlərinin təsdiqlənməsi tibbdə əsl inqilaba səbəb oldu. Buna görə Maykl Bişop və Harold Varmus adlı alimlər Nobel mükafatına layiq görüldülər.

4. Genlər xərçəngə səbəb olur

2006-cı ildə xərçəng genlərinin xəritəsi çıxarıldı. Məlum oldu ki, onkoloji xəstəliklərin çox az hissəsi bir və ya iki genin dəyişməsindən yaranır, çox hissəsi isə onlarla, yüzlərlə genin eyni anda dəyişikliyə məruz qalmasından ortaya çıxır.

5.Təcrübi dərmanların əksəriyyəti faydasızdır

Dərmanların yalnız 10 %-i kliniki sınaqlardan keçirilir. 90% dərman  vasitəsi xərçənglə mübarizədə faydasızdır.

6. Xərçəngin araşdırılmasına ayrılan maliyyə vəsaiti azalır

Xərçəngə yoluxmuş insanların sayı artdıqca, onun tədqiqinə maliyyə dəstəyi azalır. Amerikalı alimlər son vaxtlar maliyyə dəstəyinin 25 % aşağı düşdüyünü deyirlər.

7. Yeniliklərin azalması

Son vaxtlar xərçəngin tədqiqində heç bir yenilik qeydə alınmır. İyirmi il bundan əvvəl yaranan metodlar indidə aktualdır-şişin götürülməsi, kimyaterapiya və s. İki onillikdir ki, bu sahədə heç bir yeniliyə imza atılmayıb.

8. Xərçəngi iki dəfəyə qədər azaltmaq mümkündür

Bu xəstəliyin sayını azaltmaq üçün  sadəcə siqaretdən imtina etmək lazımdır. Artıq çəkidən xilas olmaq, asbes tozundan uzaq durmaq, günəş şüalarından qorunmaq lazımdır.

Nubar Süleymanova, “İki sahil”