01 noyabr 2018 01:10
2155

Maye robot yaradılıb

Çin və Avstraliya alimlər qrupu darısqal yerlərdə hərəkət edən və formasını dəyişən maye robot yaradıb.

AZƏRTAC “Vesti” resursuna istinadən bildirir ki, dərc edilən videoda ilk eksperimental modeli əks olunan maye robot litium batareya ilə işləyir və ovuca yerləşir.

Bildirilir ki, ixtira plastik təkər və maye qallium akkumulyatordan ibarətdir. Robotun təkəri maye ağırlıq mərkəzini dəyişən zaman fırlanmağa başlayır. Ona gərginlik isə quraşdırılmış batareya vasitəsilə ötürülür.

Alimlərin sözlərinə görə, miniatür robotlar orqanizm daxilində xərçəng şişlərini aşkarlaya və müalicə edə, eləcə də onlara dərmanları dəqiq çatdıra bilirlər.

Gələcəkdə tədqiqatçılar ümid edir ki, qurğuların maye konstruksiyası onlara əlçatmaz yerlərə daxil olmağa imkan verir və buna görə insanları uçqunlar altından xilas edə biləcəklər.

“Maye robot”un prototipinin əsasını təşkil edən qallium elektron sxem və yarımkeçiricilərdə istifadə edilən yumşaq gümüşü materialdır.