01 noyabr 2018 00:11
2720

Messi məşqlərə başladı

İspaniya La Liqasının 9-cu turunda "Sevilya" ilə oyunda zədələnən "Barselona"nın kapitanı Lionel Messi məşqlərə başlayıb.

Milli.Az xəbər verir ki, bu barədə klubun rəsmi Tvitter səhifəsi xəbər yayıb. Argentinalı hücumçu fərdi şəkildə məşq edir.

Qeyd edək ki, qol sümüyündə qırıq aşkarlanan 31 yaşlı futbolçunun təxminən 3 həftə meydana çıxa bilməyəcəyi açıqlanmışdı.

Messi bu mövsüm "Barsa"nın heyətində 12 oyuna 12 qol vurub, 6 məhsuldar ötürmə edib.