01 noyabr 2018 00:05
2359

Selena Qomes artıq ən məşhur ulduz deyil

Selena Qomes artıq İnstaqramda ən çox sevilən məşhur siyahısında yer almır. 

Axşam.az bildirir ki, onun yerini məşhur futbolçu Kriştian Ronaldo alıb. İndi futbolçunun İnstaqramında 144,338,650 izləyici var. 

Qomesi isə 144,321,029 şəxs izləyir. Fərq böyük olmasa da ifaçı liderliyi itirib. 26 yaşlı müğənni sosial şəbəkədə izləyiciləri ilə mübahisə etdikdən sonra onu sevənlərin sayı azalıb. 

Qeyd edək ki, sentyabrda müğənninin psixoloji problemləri olduğu yazılmışdı. Xəstəxanaya yerləşdirilən Selena uzun müddət sosial şəbəkədə paylaşımlara da ara verib.