01 noyabr 2018 14:51
2073

Sutka ərzində atəşkəs rejimi 30 dəfə pozulub

Ermənistan silahlı qüvvələrinin bölmələri sutka ərzində atəşkəs rejimini 30 dəfə pozub

Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimini 30 dəfə pozub.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, Tərtər rayonunun işğal altında olan Çiləbürt, Ağdam rayonunun Nəmirli, Qaraqaşlı, Kəngərli, Sarıcalı, Mərzili, Füzuli rayonunun Aşağı Veysəlli, Qaraxanbəyli, Kürdlər kəndləri yaxınlığında, həmçinin Goranboy, Tərtər, Ağdam, Xocavənd və Füzuli rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də ordumuzun mövqeləri atəşə tutulub.