01 noyabr 2018 16:15
2891

Həmsədrlərin Bakı səfəri başlayır

ATƏT-in Minsk qrupunun ABŞ, Rusiya və Fransadan olan həmsədrləri Endryu Şofer, İqor Popov və Stefan Viskontinin Azərbaycana səfəri başlayır. 

Azvision.az xəbər verir ki, bu gün həmsədrlər Dağlıq Qarabağ münaqişəsinin nizamlanması istiqamətində Bakıda danışıqlar aparacaqlar.

Qeyd edək ki, həmsədrlər oktyabrın 29-da İrəvana səfər ediblər. Onlar səfər çərçivəsində Ermənistanın baş naziri vəzifəsini icra edən Nikol Paşinyan və müdafiə naziri Davit Tonoyanla görüşüblər.