01 noyabr 2018 17:51
3028

Bakı funikulyoru yenidən istifadəyə verildi

Bir müddət idi ki, profilaktika işləri ilə əlaqədar işləməyən paytaxtımızın rəmzlərindən birinə çevrilmiş Bakı funikulyoru artıq bu gündən yenidən fəaliyyətinə başlayıb. 

Oxu.Az-ın məlumatına görə, keçən müddət ərzində funikulyorun stansiyaları və vaqonlarda cari profilaktika işləri görülüb, istismar müddəti bitən akkumulyatorlar yeniləri ilə əvəz olunub, texniki təhlükəsizlik qaydaları tələblərinə uyğun vaqon və digər avadanlıqların diaqnostikası və profilaktikası aparılıb, funikulyor sərnişinlərin təhlükəsiz daşınması üçün tam hazır vəziyyətə gətirilib.

Qeyd edək ki, Bakı funikulyoru indiyədək 2001 və 2007-ci illərdə iki dəfə əsaslı şəkildə təmir edilib. 

Ölkə başçısı İlham Əliyevin tapşırıqlarına əsasən, 2012-ci ildə Bakı funikulyorunda əsaslı təmir-yenidənqurma işləri aparılıb, yeni vaqonlar alınıb və  2012-ci il mayın 23-də açılışı keçirilib.