01 noyabr 2018 18:29
2912

Kiçik ada yox çıxıb

Yaponiyanın Hokkaydo adasının yaxınlığındakı kiçik ada yox çıxıb

Yaponiyanın Sahil Mühafizəsi Xidmətinin yaydığı məlumata görə, Hokkaydo adasının yaxınlığında yerləşən ada üzən buzların təsiri altında eroziyaya uğrayaraq yoxa çıxıb.

AZƏRTAC NHK telekanalına istinadla xəbər verir ki, Hokkaydo adasındakı Sarufutsu kəndindən 500 metr məsafədə yerləşən Esanbe Hanakita Kocima adlı ada çox güman ki, yoxa çıxıb.

Sahil Mühafizəsi Xidməti oktyabrın əvvəllərində kəndin sakinlərindən adanın görünmdiyi barədə məlumat alıb.

Balıqçılar Assosiasiyası oktyabrın ortalarında adaya qayıq göndərsə də, adanı tapmaq mümkün olmayıb.