01 noyabr 2018 18:30
2780

Çin yuanının məzənnəsinin zəifləməsi davam edir

Çin milli valyutası - yuanın məzənnəsinin ABŞ dolları qarşısında zəifləmə prosesi davam edir.

AZƏRTAC Çin Xarici Valyuta Mübadilə Əməliyyatları Sisteminə istinadla xəbər verir ki, noyabrın 1-də 24 baza bəndi zəifləyən yuanın məzənnəsi 1 ABŞ dolları = 6,967 yuan səviyyəsinə düşüb. Bu, cari ildə yuanın ən aşağı məzənnəsidir.

Qeyd edək ki, bir neçə il ABŞ dolları qarşısında möhkəmlənən yuanın məzənnəsi 2015-ci ilin avqustundan (1 dollar = 6,2 yuan) zəifləməyə başlayıb.