01 noyabr 2018 20:25
2668

Ukraynada əhali üçün təbii qazın qiyməti artıb

Noyabrın 1-dən Ukraynada əhali üçün təbii qazın qiyməti artırılıb.

AZƏRTAC Ukraynanın Nazirlər Kabinetinə istinadla xəbər verir ki, əhali üçün min kubmetr təbii qazın qiyməti 8548,92 qrivna olub (təxminən 23, 5 faiz artım).

Evlərə verilən istiliyə görə isə qazın qiyməti min kubmetrə görə 8361,85 qrivna hesablanacaq.

Bu günə qədər əhali üçün min kubmetrə görə təbii qazın qiyməti 6957,9 qrivna idi.